Bakı. Trend:
Dekabrın 12-də Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ukrayna da daxil olmaqla silah tədarükünün maliyyələşdirilməsi üçün Avropa Sülh Fondunun həcmini daha 2 milyard avro artırmaq barədə razılığa gəliblər.
Trend xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəddə bildirilir.
ASF 2021-ci ilin martında münaqişələrin qarşısının alınması və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi imkanlarını artırmaq məqsədi ilə yaradılıb. İlkin olaraq 2021-2027-ci illər üçün fonda 5,7 milyard avroya yaxın vəsaitin ayrılması planlaşdırılırdı.
Fondun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb və Aİ Kiyevi dəstəkləməkdə davam etmək niyyətindədir.
Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi brifinq zamanı ABŞ-ın Ukraynaya 275 milyon dollarlıq yeni müdafiə yardımı paketi ayırdığını açıqlamışdı.