...

Aİ səfirləri Ukraynaya 18 milyard avroluq yardım paketi barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 13 Dekabr 2022 08:56 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı paketi, eləcə də iri şirkətlər üçün minimum 15% vergi haqqında razılığa gəliblər. Macarıstana, həmçinin Budapeştin 27 ilkin şərti yerinə yetirdiyi təqdirdə Aİ fondlarından 5,8 milyard avro istifadə etməyə icazə verildi.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasına Çexiya sədrliyi öz "Twitter" səhifəsində bildirib.

"Aİ səfirləri Ukraynaya 18 milyard avroluq [maliyyə] yardım paketi, iri korporasiyalar üçün minimum 15% korporativ vergi, Macarıstanın bərpa və dayanıqlılıq planının təsdiqi və şərtlərlər barədə sazişlə bağlı razılığa gəliblər", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti