...

Fransada yarımfinal matçından sonra futbol azarkeşləri arasında toqquşmalar baş verib

Dünya xəbərləri Materials 15 Dekabr 2022 03:38 (UTC +04:00)
Fransada yarımfinal matçından sonra futbol azarkeşləri arasında toqquşmalar baş verib

Bakı. Trend:

Fransanın Monpelye şəhərindəki "Place de la Comedie" meydanında mərakeşli və fransız azarkeşlər arasında toqquşma baş verib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "Midi libre" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Fransa yığması dünya çempionatının finalına çıxmazdan əvvəl də meydanda atmosfer gərgin idi. Lakin fransalıların qələbəsindən sonra fişənglər partladılıb. Hüquq-mühafizə orqanları iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Xatırladaq ki, bu gün Fransa millisi Mərakeş komandasını məğlub edərək dünya çempionatının finalına yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti