...

Buffalo tarixin ən dağıdıcı fırtınası ilə üz-üzədir

Dünya xəbərləri Materials 26 Dekabr 2022 15:24 (UTC +04:00)
Buffalo tarixin ən dağıdıcı fırtınası ilə üz-üzədir

Bakı. Trend:

Nyu-York əyalətinin Buffalo şəhəri tarixinin ən şiddətli çovğunu ilə üz-üzədir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Keti Hokul videomüraciətində bildirib.

"Biz müharibə aparırıq. Bu, ana təbiətlə müharibədir. O, sahib olduğu hər şeylə bizə hücum edir. Bu, bir çox döyüşlərdən və çovğunlardan sağ çıxan Buffalonun tarixinə ən dağıdıcı fırtına kimi düşəcək", - deyə qubernator bildirib.

Onun sözlərinə görə, çovğun şəhərdə 7 nəfərin ölümünə səbəb olub və ölənlərin sayı arta bilər. Ölənlərin bəziləri maşınlarında donub. Hokul bildirib ki, əyalət səlahiyyətliləri kəskin hava şəraiti səbəbindən müxtəlif ərazilərdə köməksiz qalan yüzlərlə insana yardım ediblər.

Nyu York qubernatorunun sözlərinə görə, cümə axşamı elan edilmiş fövqəladə vəziyyət rejimi davam edəcək. Nyu-Yorkun bir sıra ərazilərində magistral yollar bağlanıb, yerli sakinlərdən evdə qalmaları və imkan daxilində nəqliyyatdan istifadə etməmələri xahiş olunub.

Qeyd edək ki, ABŞ və Kanadanın böyük bir hissəsi bu həftə şiddətli soyuq hava, güclü külək və qar yağışına məruz qalıb. ABŞ-da fırtına nəticəsində azı 46 nəfər ölüb.

Həftəsonu ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 5 mindən çox reys təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti