Bakı. Trend:
Bu gün yerli vaxtla 12:42-də İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri yaxınlığında Azərşəhr şəhərində boya zavodunda partlayış baş verib.
Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Həmid Münəccim deyib.
H.Münəccimin sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində təxminən 50 nəfər yaralanıb, yaralılardan 10-nun vəziyyəti ağırdır.
Münəccim əlavə edib ki, zavodda yanğınsöndürmə əməliyyatı davam edir.
Faktla bağlı araşdırma aparılır.