Bakı. Trend:
Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santoşun böyük qızı İzabel duş Santoşun bir milyard dollarlıq əmlakına həbs qoyulması barədə qərar çıxarıb.
Trend-in məlumatına görə, bu barədə “Jornal de Angola” məlumat yayıb.
Qəzet yazır ki, məhkəmə qərarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atıldığını qeyd edib. İzabel duş Santoşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.