...

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Dünya xəbərləri Materials 29 Dekabr 2022 23:14 (UTC +04:00)

Bakı. Trend:

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib.

Bu barədə Trend “Assosiated Press”ə istinadən xəbər verir.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.

Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.

Dünya Kubokunun final turnirlərində o, ümumilikdə 14 oyun keçirib və onlardan 3-ü qalib finallarda olmaqla 12 qol vurub.

Ümumilikdə Braziliya millisi üçün - 92 oyunda 77 qol (1957-ci ildən 1971-ci ilə qədər).

Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti