...

Fransa Çindən gələn səyahətçilərdən "PCR" testinin nəticələrini tələb etməyə başlayacaq

Dünya xəbərləri Materials 31 Dekabr 2022 03:52 (UTC +04:00)
Fransa Çindən gələn səyahətçilərdən "PCR" testinin nəticələrini tələb etməyə başlayacaq

Bakı. Trend:

Fransa Çindən gələn bütün səyahətçilər üçün 1 yanvar 2023-cü il tarixindən əlavə yoxlamalar tətbiq edəcək.

Trend-in məlumatına görə, bu barədə "Le Monde" qəzeti xəbər verib.

Məlumata əsasən, qərar Çində koronavirusun yayılmasının fəsadları ilə bağlıdır. Fransaya hava yolu ilə gələnlərin hamısı təyyarəyə minməzdən əvvəl uçuşdan 48 saat əvvəl götürülən neqativ "PCR" testi nəticəsini təqdim etməlidirlər.

Bu sərnişinlər üçün təyyarədə maska ​​taxmaq məcburi olacaq, Fransa hava limanlarında sərnişinlərin COVID-19 üçün seçmə testi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti