...

Kaliforniyada pis hava şəraiti səbəbindən 500 min istehlakçı işıqsız qalıb

Dünya xəbərləri Materials 8 Yanvar 2023 15:07 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında kəskin hava şəraiti səbəbindən 500 mindən çox istehlakçı işıqsız qalıb.

Trend xəbər verir ki, bu barədə bazar günü "poweroutage.us" portalının məlumatında deyilir.

Məlumata əsasən, yerli vaxtla saat 00:40-a (Bakı vaxtı ilə 12:40 - red.) Kaliforniyada 547 728 istehlakçı işıqsız qalıb. Ən çox kəsintilər ştatın mərkəzi hissəsində yerləşən Sakramento (300 mindən çox) və San-Xoakin (50 mindən çox) əyalətlərindədir.

İşıqların sönməsinə səbəb kimi güclü leysan və güclü külək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti