Bakı. Trend:
Braziliyanın paytaxt Federal dairəsinin hərbi polisinin helikopteri Braziliyada etirazçılara səs və işıqlı qumbaralar, eləcə də gözyaşardıcı qaz qumbaraları atıb.
Trend-in məlumatına görə, bu barədə "Agencia Brasil" agentliyi xəbər verib.
Məlumata əsasən, Milli Qvardiyanın prezident mühafizə batalyonu və ordu hissələri artıq prezident sarayına gəlib. Daha əvvəl buraya keçmiş ölkə başçısı Jair Bolsonaronun tərəfdarları prezident seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb edərək basqın ediblər. Tədricən hüquq-mühafizə orqanlarının əməkdaşları da Federal Ali Məhkəmənin və Parlamentin vandal edilmiş binalarına nəzarəti bərpa edirlər.