Bakı. Trend:
2022-ci ilin yanvar-dekabr aylarında Almaniya vətəndaşları Türkiyədə 2 min 358 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müq ayisədə 347 obyekt çoxdur.
Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, keçən ilin ilin dekabr ayında Almaniya vətəndaşları Türkiyədə 212 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin dekabr ayı ilə müqayisədə 84 obyekt azdır.
Qeyd edək ki, keçən il Türkiyədə əmlak satışları 2021-ci ilə nəzərən 0,4 faiz azalaraq 1 milyon 486 min 622 olub.
2022-ci ildə xarici vətəndaşlara satılan əmlakların sayı 2021-ci illə müqayisədə 15,1 faiz artaraq 67 min 490 olub.