Bakı. Trend:
Apple korporasiyası məhsullarının 25 %-ni Hindistanda buraxmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Hindistanın Ticarət və Sənaye naziri Piyuş Qoyal bildirib.
"Apple artıq məhsullarının təqribən 5-7 %-ni Hindistanda istehsal edir. Səhv etmirəmsə, şirkət dünyadakı ümumi istehsalının 25 %-ə qədərini ölkəmizdə həyata keçirməyi planlaşdırır. Apple özünün ən son model smartfon və kompyuterlərini məhz Hindistanda buraxıb", - Reuters agenliyi nazirdən sitat gətirib.
Bazar ertəsi Business Standard qəzetinin məlumatına görə, 2022-ci ilin dekabrında Apple Hindistandan mobil telefon ixracını ayda 1 milyard dollara çatdıran ilk ölkə olub. Apple bununla "Samsung"u geridə qoyaraq Hindistandan ən iri məhsul ixracatçısına çevrilib.