...

İranın silahqayırma zavodunda partlayış PUA-ların hücumu nəticəsində baş verib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 29 Yanvar 2023 03:12 (UTC +04:00)
İranın silahqayırma zavodunda partlayış PUA-ların hücumu nəticəsində baş verib (VİDEO) (ƏLAVƏ OLUNUB)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Müdafiə Nazirliyinin mərkəzlərindən birində yerləşən silahqayırma zavodunda partlayışlar pilotsuz uçuş aparatlarının hücumu nəticəsində baş verib.

Trend xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinə istinadən "IRNA" agentliyi məlumat yayıb.

"28 yanvar 2023-cü il axşam saat 23:30 (Bakı vaxtı ilə 23:00) radələrində Müdafiə Nazirliyinin mərkəzlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum həyata keçirilib. PUA-lardan biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə müdafiə tələlərinə düşərək partlayıb", - deyə açıqlamada bildirilir.

XXX

01:22

İranın mərkəzində yerləşən İsfahan vilayətində silahqayırma zavodunda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti valisinin müavini Məhəmməd Cannesari deyib.

Onun sözlərinə görə, partlayış Müdafiə Nazirliyinə məxsus mərkəzlərdən birindəki zavodda baş verib.

Faktla bağlı araşdırma aparılır.

İsfahan vilayətində indiyədək 3 partlayış səsinin eşidildiyi bildirilir.

Partlayışların pilotsuz uçuş aparatlarının düşməsi və vurulması nəticəsində baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti