...

Suriya və İraq sərhədində İrandan gələn yük maşınlarının karvanı atəşə tutulub

Dünya xəbərləri Materials 30 Yanvar 2023 02:14 (UTC +04:00)
Suriya və İraq sərhədində İrandan gələn yük maşınlarının karvanı atəşə tutulub

Bakı. Trend:

Suriya-İraq sərhədindəki Bu-Kemal sərhəd-keçid məntəqəsində Suriyaya ərzaq yardımı aparan İran yük maşınlarının karvanı atəşə tutulub.

Trend-in məlumatına görə, bu barədə "Al-Hadath" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, karvan 25 yük maşınından ibarət olub, dörd maşından ibarət ilk qrup buraxılış məntəqəsindən keçib. Üç yük maşınından ibarət ikinci qrup yaxınlaşan zaman naməlum şəxslər atəş açıb. Bildirilib ki, hadisə nəticəsində xəsarət alanlar var, hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

"Al Mayadeen" kanalı xəbər verib ki, hücum nəticəsində yalnız maddi ziyan vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti