...

Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı (FOTO)

Dünya xəbərləri Materials 8 Fevral 2023 16:59 (UTC +04:00)
Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ bölgəsi olan Hatayın İskəndərun vilayətində zəlzələ nəticəsində dəniz səviyyəsi qalxıb.

Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, sahil boyu yolları, meydanları və iş yerlərini su basıb. Risk səbəbindən bulvardakı binalar və iş yerləri boşaldılıb.

Qeyd edilib ki, zəlzələdən 2 gün keçməsinə baxmayaraq, dənizin səviyyəsinin enməməsi diqqət çəkib. Həm zəlzələ riski, həm də dənizin su basması səbəbindən sahil zolağındakı evlər boşaldılıb.

İnsanlar təbii fəlakətdən sonra parklarda və bağlı küçə bazarlarında qalmağa çalışırlar.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti