...

FİFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatına 3 namizədin adını açıqlayıb

Dünya xəbərləri Materials 11 Fevral 2023 06:15 (UTC +04:00)
FİFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatına 3 namizədin adını açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ilin ən yaxşı futbolçusu mükafatına 3 namizədin adını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə FİFA-nın "Twitter" səhifəsindəki paylaşımda bildirilir.

Namizədlər siyahısına PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi, onun komanda yoldaşı fransalı Kilian Mbappe, həmçinin "Real" və Fransa millisinin hücumçusu Kərim Benzema daxildir.

Mükafatın qalibi fevralın 27-də Parisdə keçiriləcək mərasimdə elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti