...

ABŞ-da ticarət mərkəzində atışma olub

Dünya xəbərləri Materials 17 Fevral 2023 06:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nın Tennessi ştatının Memfis şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsinin nümayəndəsi mətbuat konfransı zamanı deyib.

İlkin məlumata görə, atışmaya səbəb iki tərəf arasında münaqişə olub.

Hadisədən sonra bir nəfərin polislər tərəfindən saxlanıldığı deyilir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti