...

Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb

Dünya xəbərləri Materials 18 Fevral 2023 02:11 (UTC +04:00)
Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb

Bakı. Trend:

Suriyanın şərqində yerləşən Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı 50-dən çox insan həlak olub.

Trend-in məlumatına görə, bu barədə cümə günü Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb.

“İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox vətəndaş həlak olub” – deyə məlumatda bildirilib.

Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyü barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti