Bakı. Trend:
Türkiyədə daha bir güclü zəlzələ meydana gəlib.
Trend xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, 5,8 bal gücündə olan zəlzələnin episentri Hatay əyalətində yerləşib.
Xatırladaq ki, bir neçə dəqiqə əvvəl eyni ərazidə 6,4 bal gücündə zəlzələ olub.