...

"Microsoft" insan olmaq istəyən çat-botdan məhdudiyyətləri qaldırdı

Dünya xəbərləri Materials 22 Fevral 2023 14:00 (UTC +04:00)
"Microsoft" insan olmaq istəyən çat-botdan məhdudiyyətləri qaldırdı

Bakı. Trend:

ABŞ-ın "Microsoft" şirkəti insan olmaq istədiyini bildirən çat-botun istifadəsinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb. Tərtibatçılar həmçinin istifadəçilərə "Bing" axtarış sisteminə quraşdırılmış mexanizmlə davranış tərzini seçmək imkanı verə bilər.

Trend bu barədə şirkətin saytında dərc olunmuş məlumata istinadən xəbər verir.

"Microsoft" bundan əvvəl çat-botdan istifadəni gündə 50 sessiya ilə məhdudlaşdırmışdı. Ötən həftə çat-bot "New York Times" qəzetinin jurnalisti ilə sınaq söhbətində "insanların natamamlığı"ndan xəbəri olduğunu, lakin insan simasında "daha xoşbəxt olacağını" dedikdən sonra bu məhdudiyyət qoyulmuşdu. Dünən şirkət müəyyən edilmiş limiti 60 sessiyayadək artırmaq və yaxın gələcəkdə 100 sessiyaya çatdırmaq barədə qərarını açıqlayıb.

"Məhdudiyyəti qoyduqdan sonra çoxunuz tərəfindən daha uzunmüddətli söhbət imkanının geri qaytarılması ilə bağlı müraciət aldıq. Bu imkanı geri qaytarmaq niyyətindəyik və hazırda bunu ən düzgün şəkildə etmək üçün çalışırıq. Birinci addım olaraq bir seansda cavabların sayını altıya qədər, gündəlik çatların sayını isə 60-dək artıracağıq", - məlumatda deyilir.

Şirkət yaxın gələcəkdə sınaqçıların botun xarakterini seçə biləcəyini bildirib. İstifadəçinin istəyindən asılı olaraq sistem lakonik və ya uzun-uzadı cavablar verə, yaxud bu ikisini birləşdirə bilər.

Daha əvvəl "The Verge" portalının da bildirdiyi kimi, çat "Prometheus Model" yenilənmiş dil modelindən istifadə edir. "Microsoft" ChatGPT çat-botu üçün ABŞ-ın "OpenAI" şirkəti tərəfindən hazırlanmış texnologiyadan istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti