...

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 188 nəfər həbs edilib

Dünya xəbərləri Materials 26 Fevral 2023 19:14 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər nəticəsində yaşayış binalarının dağılmasına görə məsuliyyət daşıyan 188 nəfər həbs edilib.

Trend xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti