...

TBMM Kahramanmaraşda baş verən zəlzələnin nəticələrinin araşdırılması üçün komissiya yaradıb

Dünya xəbərləri Materials 2 Mart 2023 23:31 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin (TBM) Baş Assambleyasında Kahramanmaraşda baş verən zəlzələlərin nəticələrini araşdırmaq üçün Araşdırma Komissiyasının yaradılması təklifi yekdilliklə qəbul edilib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti