...

Ekvadorda baş verən zəlzələ nəticəsində azı 3 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Mart 2023 23:57 (UTC +04:00)
Ekvadorda baş verən zəlzələ nəticəsində azı 3 nəfər ölüb

Bakı. Trend:

Ekvadorda bu gün səhər saatlarında baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Semana" qəzeti xilasedicilərə istinadən bildirib.

Qeyd olunub ki, hazırda Naranhal şəhərində dağıntılar təmizlənir. "El Universo" qəzeti bildirib ki, bir neçə nəfər yaralanıb. Zəlzələ zamanı onlar divarların uçduğu avtomobildə olublar.

Ölkənin qərbində yerləşən bir neçə şəhərdə elektrik enerjisinin verilməsi qismən dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti