...

İl ərzində Yunanıstandan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb

Dünya xəbərləri Materials 21 Mart 2023 13:45 (UTC +04:00)
İl ərzində Yunanıstandan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Yunanıstandan Türk limanlarına 2 milyon 390 min 140 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan limanlara 128 min 347 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 239 min 60 ton yük çatdırıb.

Bu müddət ərzində Yunanıstan bayraqlı gəmilərlə Türkiyə limanlarına 22 min 733 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına Yunanıstandan 407 min 944 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub.

2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton transit yük daşınıb.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti