...

Kremldə Putin və Si Cinpin arasında görüş keçirilib

Dünya xəbərləri Materials 21 Mart 2023 20:02 (UTC +04:00)
Kremldə Putin və Si Cinpin arasında görüş keçirilib

Bakı. Trend:

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpin arasında keçirilən danışıqlar təxminən üç saatdan sonra başa çatıb.

Trend xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata əsasən, əvvəlcə nümayəndə heyətləri üzvlərinin iştirakı ilə məhdud tərkibdə 1,5 saatdan çox davam edən görüş daha sonra geniş tərkibdə davam etdirilib.

Danışıqlar Böyük Kreml sarayında keçirilib. Daha sonra birgə sənədlərin imzalanması və liderlərin yekun bəyanatları gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti