...

Əfqanıstandakı zəlzələ Pakistanda da hiss edilib, bir sıra binada çatlar əmələ gəlib (VİDEO)

Dünya xəbərləri Materials 21 Mart 2023 22:32 (UTC +04:00)
Əfqanıstandakı zəlzələ Pakistanda da hiss edilib, bir sıra binada çatlar əmələ gəlib (VİDEO)

Bakı. Trend:

Bir neçə saat öncə Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss edilib.

Trend xəbər verir ki, zəlzələ nəticəsində bir sıra binada çatlar əmələ gəlib, bir neçə hündürmərtəbəli bina yararsız vəziyyətə düşüb.

Eyni zamanda, insanlar qorxaraq küçələrə çıxıblar.

Hazırkı məlumatlara əsasən, zəlzələ nəticəsində ölənlər və xəsarət alanlar yoxdur.

Xatırladaq ki, bu gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti