...

Türkiyədə ətir fabrikində yanğın başlayıb

Dünya xəbərləri Materials 30 Mart 2023 07:46 (UTC +04:00)
Türkiyədə ətir fabrikində yanğın başlayıb

Bakı. Trend:

Türkiyənin Tekirdağ əyalətinin Çerkezköy rayonunda ətir fabrikinin anbar hissəsində yanğın başlayıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Alov anbarın böyük hissəsini bürüyüb. Yanğın və partlayışlar nəticəsində anbarın bəzi divarları uçub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti