...

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 2 Aprel 2023 05:08 (UTC +04:00)
Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

Ekvadorun mərkəzindəki Alausidə torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə şənbə günü ölkənin Baş Prokurorluğundan məlumat verilib. Daha əvvəl 21 nəfərin öldüyü bildirilidi.

"Alausidə sürüşmə nəticəsində 27 nəfərin öldüyü təsdiqlənib", - deyə Baş Prokurorluğun "Twitter" səhifəsindəki paylaşımda deyilir.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Eyni zamanda, 67 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti