...

ABŞ İranın nüvə proqramı ilə bağlı müvəqqəti razılaşmanı müzakirə edib

Dünya xəbərləri Materials 3 Aprel 2023 23:19 (UTC +04:00)
ABŞ İranın nüvə proqramı ilə bağlı müvəqqəti razılaşmanı müzakirə edib

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası fevralda “Avro-üçlük” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) və İsraillə İranın nüvə proqramı üzrə müvəqqəti razılaşma imkanlarını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə qəbli diölomatlara və İsrail hakimiyyətinin nümayəndəsinə istinadən "Axios" portalı məlumat yayıb.

Məlumata əsasən, müzakirə olunan razılaşma İranın nüvə fəaliyyətlərinin, əsasən uranın 60%-ə qədər zənginləşdirilməsinin qismən dondurulması müqabilində İrana qarşı sanksiyaların bir qədər yumşaldılmasını nəzərdə tutur.

Qeyd edilir ki, Tehran ABŞ-ın danışıqlarından xəbərdardır, lakin bu təklifi rədd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti