...

İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirib

Dünya xəbərləri Materials 7 Aprel 2023 08:12 (UTC +04:00)
İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirib

Bakı. Trend:

İsrail Müdafiə Ordusu HƏMAS-ın Qəzza zolağındakı hərbi postlarına zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun açıqlamasında deyilir.

"Bu səhər (cümə) Qəzza zolağından İsrailə qarşı davam edən raket hücumlarından sonra İsrail Müdafiə Ordusunun tank və təyyarələri HƏMAS terror təşkilatının Qəzza zolağı ilə sərhəddə yerləşən hərbi postlarına zərbələr endirib", - deyə açıqlamada bildirilir.

Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Daha sonra İsrail ordusu Qəzza zolağında və Livandakı HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti