...

Yaponiyanın baş naziri Kişidanın çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib (VİDEO)

Dünya xəbərləri Materials 15 Aprel 2023 07:25 (UTC +04:00)
Yaponiyanın baş naziri Kişidanın çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib (VİDEO)

Bakı. Trend:

Yaponiyanın baş naziri Fumio Kişidanın Vakayama şəhərində çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə şənbə günü "NHK" telekanalı məlumat yayıb.

Məlumata əsasən, baş nazir xəsarət almayıb. Siyasətçi hadisə yerindən təxliyə edilib.

Bildirilir ki, partlayış səsi yerli vaxtla saat 11:30-da eşidilib. Partlayış F.Kişidanın Vakayama şəhərindəki Saiqasaki balıqçı limanına baxış keçirməsindən sonra baş verib, bundan sonra o, ictimaiyyət qarşısında çıxış etməli idi.

"Kyodo" agentliyi xəbər verir ki, F.Kişidaya tüstü bombası və ya məşəl kimi görünən obyekt atılıb.

Hadisə yerində 1 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti