...

Qara dənizdən çıxarılan qaz test edilib

Dünya xəbərləri Materials 19 Aprel 2023 10:18 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Qara dənizdən hasil etdiyi təbii qaz Filyos Təbii Qaz Emalı Müəssisəsində test edilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qazın istifadəyə verilməsi ilə bağlı mərasimin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı.

R.T.Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti