Bakı. Trend:
Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadeл arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti xəbər verib.
Məlumata əsasən, təbii fəlakətin episentri Vanqarey şəhərindən 963 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 33,6 km dərinlikdə olub.
Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib. ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.