...

ABŞ-da ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər həlak olub

Dünya xəbərləri Materials 7 May 2023 06:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, atışma "Allen Premium Outlets" ticarət mərkəzində baş verib. Binada olan şəxslərdən biri 30-a yaxın atəş səsi eşitdiyini deyib.

Atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib. Ölənlərin sayı hələki məlum deyil.

"9 nəfər yerli xəstəxanalara göndərilib", - deyə şəhər polisi "Twitter"də bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti