...

Türkiyə MİT İraqın şimalında anti-terror əməliyyatı keçirib

Dünya xəbərləri Materials 9 May 2023 14:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ərazisində anti-terror əməliyyatı keçirib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, anti-terror əməliyyatı nəticəsində terror təşkilatının Xüsusi Təyinatlı Aviasiya Birliyinin üzvü Deniz Bahri kod adlı Tekin Okan zərərsizləşdirilib.

Məlumata əsasən, o, 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına dron hücumlarına rəhbərlik edib.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti