Bakı. Trend:
ABŞ Administrasiyası kimyəvi silahlarının ləğvi prosesini bu ilin payızına qədər vaxtında başa çatdırmağa hazırdır.
Trend xəbər verir ki, mayın 15-19-da Haaqada keçirilməsi planlaşdırılan Kimyəvi Silahlar Konvensiyasını nəzərdən keçirmək üçün iştirakçı dövlətlərin Beşinci Konfransı ərəfəsində ABŞ prezidenti Co Baydenin yazılı açıqlamasında bildirir.
"Ümumi məqsədimizə nail olmaq üçün birlikdə çalışaraq ABŞ nümunə göstərir. Biz bu payıza qədər kimyəvi silah ehtiyatlarımızın ləğvi prosesini başa çatdırmaq yolundayıq - bu, şəffaflığın və ictimai təhlükəsizliyin ən yüksək standartlarına cavab verən tərksilah mərhələsidir", - deyə açıqlamada deyilir.
ABŞ dünyada kimyəvi silaha sahib olan yeganə ölkədir.