...

Çin Mərkəzi Asiya ölkələri ilə enerji sektorunda tərəfdaşlıq yaratmağı təklif edir

Dünya xəbərləri Materials 19 May 2023 08:34 (UTC +04:00)
Çin Mərkəzi Asiya ölkələri ilə enerji sektorunda tərəfdaşlıq yaratmağı təklif edir

Bakı. Trend:

Rəsmi Pekin Mərkəzi Asiya dövlətləri ilə enerji tərəfdaşlığı yaratmağı təklif edir.

Trend-in məlumatına görə, bu barədə Çin-Mərkəzi Asiya sammitində Çin prezidenti Si Cinpin deyib.

"Çin enerji inkişafı sahəsi üzrə Çin-Mərkəzi tərəfdaşlığının yaradılmasını təklif edib", - deyə o bildirib.

"Xinhua" agentliyinin verdiyi məlumata əsasən, Si Cinpin Çin-Mərkəzi Asiya arasında daha bir qaz kəmərinin tikintisini sürətləndirməyə, neft və qaz ticarətini artırmağa, bütün sənaye zənciri boyunca enerji əməkdaşlığını inkişaf etdirməyə, yeni enerji və nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə çağırıb.

Çinin Sian şəhərində keçirilən sammıtdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti