...

Yunanıstanda parlament seçkilərində hakim partiya 40,87 faiz səs toplayıb

Dünya xəbərləri Materials 21 May 2023 23:39 (UTC +04:00)
Yunanıstanda parlament seçkilərində hakim partiya 40,87 faiz səs toplayıb

Bakı. Trend:

Yunanıstanın baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi "Yeni Demokratiya" partiyası bülletenlərin 60 faizinin hesablanmasından sonra səslərin 40,8 səs qazanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, sabiq baş nazir Aleksis Tsiprasın əsas müxalifət partiyası "Radikal Sol Koalisiyası - Proqressiv Alyans" 20,09 faiz, solçu "PASOK - Dəyişiklik Hərəkatı" partiyası isə 11,98 faiz, Yunanıstan Kommunist Partiyası- 7,03 faiz, sağ "Helleniki lisi" ("Yunan həlli") partiyası 4,49 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti