...

Yaponiyada girov götürmə hadisəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb

Dünya xəbərləri Materials 26 May 2023 05:31 (UTC +04:00)
Yaponiyada girov götürmə hadisəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb

Bakı. Trend:

Yaponiyanın Nakano şəhərində (Naqano prefekturası) bir neçə saat girov saxlayan şəxs yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Kişinin səhər saatlarında saxlamağa müvəffəq olduğu qeyd edilib. Xüsusi təyinatlı polis dəstələri şəxsin girovları saxladığı evə basqın etməli olmayıb, çünki o, özü küçəyə çıxıb və orada saxlanılıb.

Son məlumatlara görə, hadisə nəticəsində ikisi polis olmaqla, ümumilikdə dörd nəfər ölüb.

Saxlanılan şəxsin yerli qanunvericilik orqanının rəhbərinin oğlu olduğu üzə çıxıb. Girovlardan biri cümə axşamından cümə gününə keçən gecə qaçmağa müvəffəq olan öz anası olub.

Xəbər lenti

Xəbər lenti