...

Yaponiyada tayfun səbəbindən 50 mindən çox insana təxliyə barədə xəbərdarlıq edilib

Dünya xəbərləri Materials 2 İyun 2023 05:50 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın qərbindəki Uvadzima şəhərinin təxminən 52 900 sakininə "Mavar" tayfunu yaxınlaşması ilə əlaqədar yerli hakimiyyət orqanlarından təcili təxliyə barədə xəbərdarlıq edilib.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" telekanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanları bölgədə sürüşmə və çayların daşması təhlükəsinin olduğunu da bildiriblər. "Mavar" tayfunu Yaponiyanın Sakit okean sahilləri ilə hərəkət edir və Tokio da daxil olmaqla, ölkənin bəzi yerlərində güclü yağışlar müşahidə olunur.

Yaponiyanın mərkəzindəki Toyoxasi çayında suyun səviyyəsi leysan yağışlar səbəbindən artıq təhlükəsiz həddi keçib. Yerli sakinlər daşqın xəbərdarlığı alıblar. Hazırda tayfun daxilində küləyin sürəti 35 m/s-ə qədər çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti