...

Hindistanda qatarların toquşması nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşıb

Dünya xəbərləri Materials 4 İyun 2023 10:15 (UTC +04:00)
Hindistanda qatarların toquşması nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşıb

Bakı. Trend:

Hindistanın Odişa ştatında qatarların toquşması nəticəsində ölənlərin sayı 294-ə çatıb, min nəfərdən artıq yaralı var.

Trend bu barədə Hindistan KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, qəzanın baş verdiyi Balasor şəhərindəki xəstəxanalar dolub, bölgəyə başqa ştatlardan həkimlər gəlməkdə davam edir.

Bildirilir ki, xəstəxanaya yerləşdirilən təxminən 100 nəfərin vəziyyəti ağırdır.

Qeyd edilir ki, 1000-dən çox insan və xüsusi texnikanın cəlb olunduğu qəza yerində bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, ötən gün Hindistanın şərqində 2 sərnişin və 1 yük qatarı toqquşub. \

Məqalədə:
Xəbər lenti

Xəbər lenti