...

Türkiyədə peyvəndlərin 90 faizə yaxını yerli olacaq - Fahrettin Koca

Dünya xəbərləri Materials 9 İyun 2023 10:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə istifadə edilən peyvəndlərin 86 faizi yerli olacaq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Türkiyə Əsri üçün səhiyyə sahəsində hədəflərimizdən biri də şəhər xəstəxanalarının sayının artırılmasıdır. Artıq böyük şəhərlərin əksəriyyətində şəhər xəstəxanaları xidmət göstərməyə başlayıb. Əsas məqsəd Türkiyənin 30 böyük şəhərinin hər birində şəhər xəstəxanalarının olmasıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, F.Koca bundan öncə Türkiyənin İstanbul şəhərində SMA-nın müalicəsi üçün xəstəxana tikiləcəyini bildirib. SMA müalicəsi üçün tikiləcək xəstəxanada hüceyrə və gen terapiyası tətbiq ediləcək, həmçinin, eyni kampusda hüceyrə və gen terapiyasında istifadə olunan dərmanların istehsalı üçün ayrı bina olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti