...

İran nüvə razılaşması əvəzinə ABŞ-la mümkün müvəqqəti razılaşma barədə xəbərləri təkzib edib

Dünya xəbərləri Materials 10 İyun 2023 07:15 (UTC +04:00)
İran nüvə razılaşması əvəzinə ABŞ-la mümkün müvəqqəti razılaşma barədə xəbərləri təkzib edib

Bakı. Trend:

İranın BMT-dəki nümayəndəliyi nüvə sazişi əvəzinə İran və ABŞ arasında mümkün müvəqqəti razılaşmaya dair xəbərləri təkzib edib.

Trend xəbər verir ki, bu barədə nümayəndəliyin məlumatında bildirilib.

Məlumatda qeyd edilir ki, belə bir razılaşma gündəmdə deyil.

Bundan əvvəl "Middle East Eye" saytı adı açıqlanmayan mənbələrə istinadən İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ona qarşı bəzi sanksiyaların ləğvi ilə bağlı müvəqqəti razılaşmanın əldə olunmasının mümkünlüyü barədə məlumat yayıb.

Ağ Ev də müvəqqəti razılaşma ilə bağlı bu xəbərləri təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti