...

İsveç PKK-ya dəstəyini dayandırmalıdır - Ərdoğan

Dünya xəbərləri Materials 14 İyun 2023 17:00 (UTC +04:00)

Bakı. Trend:

İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini istəyirsə, PKK terror təşkilatına verdiyi dəstəyi dayandırmalıdır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

Prezident Ərdoğan onu da qeyd edib ki, bu barədə NATO baş katibi Yens Stoltenberqlə də müzakirələr aparılıb.

Qeyd edək ki, ötən ilin yanvarında İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasından sonra Ankaranın dayandırdığı danışıqlar mart ayında bərpa edilib. Ankara Finlandiyanın müraciətini təsdiq edərək İsveçə vetosunu davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti