...

"Rafael" şirkəti hipersəs raketlərinin qarşısını almaq üçün sistem hazırlayıb

Dünya xəbərləri Materials 15 İyun 2023 04:24 (UTC +04:00)

Bakı. Trend:

İsrailin müdafiə şirkəti "Rafael" "Sky Sonic" layihəsi kimi tanınan hipersəs raketlərinin qarşısını almaq üçün sistem üzərində iş apardığını açıqlayıb.

Trend xəbər verir ki, şirkət rəhbərliyi layihənin bitmə mərhələsində olduğunu və bu işin nəticələrinin yaxın vaxtlarda geniş ictimaiyyətə təqdim olunacağını təsdiqləyib.

Şirkət nümayəndələri hələlik layihənin təqdim ediləcəyi konkret vaxtı açıqlamasalar da, vurğulayırlar ki, "Rafael" mühəndisləri bir neçə ildir ki, sistemin yaradılması üzərində işləyir.

Şirkətin rəhbəri Yuval Şteynits iddia edir ki, bu sistemin əsasını "Rafael"in malik olduğu və dünyada analoqu olmayan unikal texnologiya təşkil edir.

Xəbər lenti

Xəbər lenti