...

Latviya Rusiya vətəndaşlarına viza verməyəcək - Edqars Rinkeviç

Dünya xəbərləri Materials 24 İyun 2023 17:31 (UTC +04:00)
Latviya Rusiya vətəndaşlarına viza verməyəcək - Edqars Rinkeviç

Bakı. Trend:

Rusiyada baş verən hadisələrlə əlaqədar olaraq, Latviya Rusiya vətəndaşlarına humanitar və ya digər növ viza verməyəcək, həmçinin Rusiya vətəndaşlarının sərhəd-keçid məntəqəsində 19 sentyabr 2022-ci il tarixindən qoyulan məhdudiyyətlərə dəyişiklik etməyəcək.

Trend şənbə günü xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviç özünün "Twitter" səhifəsində yazıb.

"Latviya, Estoniya və Litva Rusiya və Belarusiya ilə sərhədlərin birgə mühafizəsini sıx koordinasiya edirlər", - o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti