...

BVF Ukraynaya 890 milyon dollar məbləğində ikinci tranşın ayrıldığını açıqlayıb

Dünya xəbərləri Materials 30 İyun 2023 04:53 (UTC +04:00)
BVF Ukraynaya 890 milyon dollar məbləğində ikinci tranşın ayrıldığını açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası genişlədilmış kredit proqramı çərçivəsində Ukraynaya 890 milyon dollar məbləğində ikinci tranşın verilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu kredit proqramı çərçivəsində Ukrayna iqtisadiyyatının ilkin baxılışın nəticələrini əks etdirən BVF-nin bəyanatında bildirilib.

"BVF-nin İcraçı Direktorlar Şurası bu gün Ukrayna üçün genişləndirilmiş kredit proqramın (EFE) ilk icmalını başa çatdırıb. İlkin baxılışın nəticələri təxminən 890 milyon dollara ekvivalent olan 663,9 milyon SDR (xüsusi borc almaq hüququ - Beynəlxalq Valyuta Fondunun hesab vahidləri) məbləğində dərhal verilməsinə imkan verir", - deyə qeyd olunub.

Bundan əvvəl BVF-nin İcraçı Direktorlar Şurası Ukrayna üçün bu mexanizm çərçivəsində 15,6 milyard dollar məbləğində maliyyələşmə ilə yeni dördillik proqramı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti