...

Britaniyada əfqan qaçqınların olduğu otelə hücum nəticəsində iki nəfər yaralanıb

Dünya xəbərləri Materials 10 İyul 2023 02:28 (UTC +04:00)
Britaniyada əfqan qaçqınların olduğu otelə hücum nəticəsində iki nəfər yaralanıb

Bakı. Trend:

London yaxınlığında yerləşən Lonq Ditton yaşayış məntəqəsindəki (Surrey qraflığı) otelə hücum zamanı iki nəfər bıçaqlanıb.

Trend-in məlumatına görə, bu barədə bölgənin hüquq-mühafizə orqanları bildirib.

Məlumata əsasən, həmin oteldə Əfqanıstandan olan qaçqınlar qalırlar. Hücum otelin yaxınlığında olan avtomobil təmirxanasına da edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti