Bakı. Trend:
Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə və maddi-texniki təchizat nazirinin müavini, briqada generalı Höcətullah Koreyşi ilə danışıqlar aparıb.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Hərbi Departamentindən bildirilib.
Görüşdə Rusiya və İran arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri müzakirə olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər regional təhlükəsizlik və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.