...

Türkiyə Əsrində əsas məqsədlərimizdən biri yeni konstitusiya qəbul etməkdir - Ərdoğan

Dünya xəbərləri Materials 25 İyul 2023 16:06 (UTC +04:00)
Türkiyə Əsrində əsas məqsədlərimizdən biri yeni konstitusiya qəbul etməkdir - Ərdoğan

Bakı. Trend:

Türkiyə Əsrində əsas məqsədlərimizdən biri də yeni konstitusiya qəbul etməkdir.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Cümhuriyyətimizin 100 illiyini çevriliş konstitusiyası ilə qarşılaya bilmərik. 28-ci qanunvericilik dövründə əsas prioritetimiz Türkiyəni çevriliş konstitusiyasından xilas etməkdir”, - deyə o bildirib.

Prezident Ərdoğan onu da qeyd edib ki, Türkiyədə məhkəmə sistemi 2016-cı ildə çevriliş cəhdində iştirak edən FETÖ-çuların lazımi cəzanı alması üçün üzərinə düşəni edir.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti